31 Ocak 2014 Cuma


Damla 10 ayında... və etdikləri..


Qızım Allahın izniylə 10 ayına girdi və hər şeyi gözəl,sağlam şəkildə böyüyür.Artıq qidası da zəkası da etdikləri də dəyişilib tamamilə.
Qidası:
08:30 Smes
11:30 Yumurtanın sarısı
12:30 Sup
15:00 Qatıq+banan
17:00 Peçenyə+smes+su
19:30 Kaşa
23:00 Smes
Etdikləri:
Əl sallıyır(sağ ol eliyir), əl çalır,rəqs edir,oturduğu yerdən ağzı üstdə düşür,ayaq üstdə köməksiz bir neçə dəqiqə durur
Zəkası:
Artıq ətrafındakı hamını tanıyır.Məni xüsusilə tanıyır,mənim qucağımdan heç kimə getmir.Bu mənə böyük həzz verir.Oynamaq istəyir ancaq.Adam bilmir ki nə oynasın ki diqqətini çəksin.getdiyi hər yerdə özünü ağıllı aparır.
İnkişafı:
Kilosu 11kq,boyu 70sm.İki alt dişi çıxıb.Saçları uzanıb,artıq bir az kəzmişik ki gözünə girməsin.

Hiç yorum yok:

Yorum Gönder