13 Şubat 2014 Perşembe

Bir ananın yaşadığı ən böyük xoşbəxtliklərdən biri...

Qızım fevral ayının 9 da,yəni 10 ayının son günü sərbəst şəkildə ilk addımlaını atmağa başladı.Bunu qışqıraraq izlədim,çox sevindim...artıq oturuğu yerdən tutub qalxa bilir...sonra tutaraq yeriyir,əlini buraxıb bir iki addım atır.belə getsə artıq bir neçə günə tam yeriyər.Amma çox hərkətli qızdı,hər şeyi öyrənmək istəyir,oyuncaqlarından başqa hər şey diqqətini çəkir.Anladığım qədəri ilə ən çətin günlərim bundan sonra başlayacaq...Amma ən şirin çətin  günlərim..

31 Ocak 2014 Cuma


Damla 10 ayında... və etdikləri..


Qızım Allahın izniylə 10 ayına girdi və hər şeyi gözəl,sağlam şəkildə böyüyür.Artıq qidası da zəkası da etdikləri də dəyişilib tamamilə.
Qidası:
08:30 Smes
11:30 Yumurtanın sarısı
12:30 Sup
15:00 Qatıq+banan
17:00 Peçenyə+smes+su
19:30 Kaşa
23:00 Smes
Etdikləri:
Əl sallıyır(sağ ol eliyir), əl çalır,rəqs edir,oturduğu yerdən ağzı üstdə düşür,ayaq üstdə köməksiz bir neçə dəqiqə durur
Zəkası:
Artıq ətrafındakı hamını tanıyır.Məni xüsusilə tanıyır,mənim qucağımdan heç kimə getmir.Bu mənə böyük həzz verir.Oynamaq istəyir ancaq.Adam bilmir ki nə oynasın ki diqqətini çəksin.getdiyi hər yerdə özünü ağıllı aparır.
İnkişafı:
Kilosu 11kq,boyu 70sm.İki alt dişi çıxıb.Saçları uzanıb,artıq bir az kəzmişik ki gözünə girməsin.