22 Eylül 2013 Pazar
Yalançı öskürmələr,"bə,büvə"lər...
Bəliiiiiiii, qızım artıq böyüdüyünü hər şəkildə bizə izah etməyə başladı. İlk başlarda ancaq öskürüdü, sonralar mən ona hər "öhhö" etdiyində "can" deməyə başladım, və bu oyun halını almağa başladı, o, "öhhö" deyir, biz "can". Əgər onunla maraqlanmırıqsa öskürərək diqqət çəkir, çox şirindi eeeeee. Bu yaxınlarda atası yatırdı, o da atasına baxaraq "öhhö" eiyirdi.Çok ağıllı qızdı. Amma baldızımın tövsiyəsiylə "can" deməyi buraxdıq, sonra adət halını alar dedi. İndi arada sırada edir ... İndilərdə ən çox etdiyi şey qışqırıqlar atmaq, və "bə, bə, büvə, büvə "etməkdi, danışmağı bacarmağa çalışır yəqin, nə desəm diqqətlə dinləyir, ağızıyla təkrar etməyə çalışır. Belə şirin və ağıllı bir qızım olduğu üçün çox şanslıyam. Allah istəyən hamıya versin .... Baxın da bu şirinliyə ...
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder