3 Eylül 2013 Salı

Qızım  5ci ayında...

Balaca qızım 5. ayını doldurmaq üzrədi , onunla hər şey çox güzədi. Günlerimiz dolu - dolu keçir. Amma qızıma baxanda sanki doğulduğundan bu yana həmişə belə idi , hər anını o qədər dolu yaşayıram ki , sanki o həmişə hayatımdaydı. Canım qızım onsuz günlərim nə qədər də " cansız " imiş . Bu ayın əvvəlində körpəmin çəkisi 7 kq, boyu 63 sm. Həkimi çox normal olduğunu söylədi , biz də  buna çox sevinirik. Sadəcə qızımın əmgəyi böyükdü bir az, tək problemimiz budu , keçən ay qanı aşağıydı , amma bu ay çox şükür düzəlib . İndi qızımın gündəlik həyatını və inkişafını sizinlə paylaşmaq istəyirəm. Qızım bu ay səhər 8 də qalxaraq günə başlayır. Südünü yeyir, mütləq kaka edir ( kakasını hər zaman bəslənərkən edir ) , təmizlədikdən sonra 15 dəqiqə filan oynayıb, yenidən 08.30-08.45 kimi yatır, təbii ki əmziklə.Yatma saatından asılı olaraq 1 saat 15 dəqiqə sonra yenidən qalxır , saat 11 -ə qədər öz - özünə ya da nənəsiylə oynayır. Bu vaxt mən də ortalığı toplayıram . Saat 11 də bəslənib yenidən 30 dəqiqə yatır. Saat 2 -ə qədər bir az oynayıb bir az mızmızlanır , yarım saatlıq yuxu tam olmadığı üçün yuxusu yarım olduğu üçün mızmızlanır . Bu vaxt ona kəsmik yedirirəm . Saat 2 də bəsləyib , yuyundurub, 02.30 da günorta yuxusuna yatır , bəzən 4 də bəzən 4.30 da oyanır . Saat 5 də yenidən bəslənib , 6 ya qədər hazırlanıb 6 da gəzməyə çıxırıq , saat 08.30 da geri dönüb, bəslənib pijamalarımızı geyib yatmağa hazırlaşırıq və 9 ən gec 9.30 da yatmış oluruq əlbəttə hər şey yolundaysa , məsələn bu gün 10 da yatdı həm də çətinliklə, qızım öz - özünə əmziklə öz-özünə yatır , çox şükür . Saat 12 də yuxuda südünü verirəm və günümüz bitir təbii ki.
Bəslənməsi : Körpəm gündə 6 dəfə südlə bəslənir.10 gün əvvəl əlavə olaraq alma suyu vermək istədim amma kakası yumşaldı sanki mən də kəsdim , onsuz da 6 ayından əvvəl başlamaq istəmirdim amma nənəsi çox israr edincə sınayaq dedim amma olmadı. İndi 3 gündür kəsmiyə çox az şəkər qatıb verirəm, 0.5 çay qaşığı , onu yeyir.
Yatması : Gün içində gündüzləri 4-4.5 saat , gecələri 10-11 saat yatır.gecələr bəslənmə yoxdur, amma ara-sıra oyanır, mızıldanıp ıkınıp - ıkınıp yenidən yatır. Ona Kim West üsuluyla yatmağı öyrətdim , indi çox şükür yaxşıdı. Öz- özünə bəzən də laylay oxuyaraq yatır. Bunda yuxu mələyi Seride Karataşın yazılarının köməyi çox oldu.
Etdikləri : Qızım ayaqlarını bütün gün havada tutur , əlləriylə ayaqlarını möhkəm - möhkəm tutur , tutammıyanda yaman əsəbləşir. Əllərini əmir , yemək yeyərkən belə ağzına soxmağa çalışır , yemək yeyərkən butulkasını əliylə tutur, təbii ki hələ sərbəst yeməsinə icazə vermirəm , amma əlləriylə tutur möhkəm-möhkəm. Yatanda üstündəki örtüsünü əliylə tutur , bəzən burnuna sürtərək yatır. Səslər çıxarır , qışqırıqlar atır , günorta bir qışqırır ki yer- göy inləyir , canım qızım. üzü üstündə dayanmağı heç sevmir. 5 gündür filan yan tərəflərə dönməyə çalışır amma hələ qıçlarını döndərəmmir .
Zehni inkişafı: Məni və atasını çox yaxşı tanıyır, bizi görüncə sevinərək gülümsəyir. Onu bir neçə gündür " Totu " deyə çağırırıq , dərhal baxır və gülümsəyir , təbii ki adını da bilir. Paltarını başından keçirəndə burnunu qısıb,ağzını açıb gözlərini tez - tez açıb - yumur. Mahnıya qulaq asmağı çox sevir, musiqi səsiylə rahatlaşır. Səsin gəldiyi istiqaməti çox yaxşı bilir, dərhal amma dərhal başını o tərəfə çevirir , hətta səssizlik olunca üzümə baxanda udqunduğumda da dərhal boğazıma baxır, o qədər yəni, maşallah.Dik dayanmağı çox xoşlayır, , qucağa alınınca dərhal ayağını yerə basır. Oturmağı da sevir amma oturmadan ayağa qalxdığına görə demək onu daha çox sevir. Əmziyi ağzındaykən səslər çıxarır.  Zınqırov səsiylə sakitləşir , əlinə verilən hər şeyi ağzına soxur , əmməyi bacara bilmədiyi da çox əsəbiləşir və qışqırır, çox şirindi eeeeeeeeee...Bütün istəyənlərə nəsib olsun inşallah...

Hiç yorum yok:

Yorum Gönder