17 Aralık 2013 Salı

Urrrrrraaaaaaaaaaaa qızımın dişi də çıxdı.....

Qızımın ilk dişi heç bir problem olmadan dekabr ayının 4ü çıxdı.Nənəsi səhər əlini ağzına sürtəndə dişinin çıxdığını dedi.O qədər sevindim ki,elə bil qızımın ilk nəaliyyəti budu mənim üçün.4-5gün sonra da ikinci alt dişi çıxdı.Çox şükür Allahım....

Qızım 8 ayını bitirdi...

Şirin,ağıllı qızım 8 ayını da Allahın izniylə sağ salamat başa vurdu.Onunla zaman gündən günə daha gözəldi.Artıq daha asan ünsiyyət qururuq.O qədər dəyişikliklər olub ki...o qədər irəliləyiş var ki qızım da ona baxdıqca Allaha şükür edib onunla qürur duyuram.Yatmağı, qidalanmağı,oynamağı hər şeyi daha da irəliləyib.Artıq çox rahat,ağlamadan,sızlamadan yerinə qoyub,yanında uzanıram çox çəkmir ki yatır mışıl mışıl.Gündə 3 dəfə yarım saatlıq yatır.8ayı bitdikdən sonra ona 4saatdan bir yemək verirəm.səhər və axşam smes, bir defe şorba,bir dəfə kaşa,bir dəfə də meyvə püresi+peçenye.4saat ara vedrikdən sonra daha iştahla yeyir.
Qızımın günlük rejimi:
7.30 8.00 Oyanmaq
9.00 Smes
11.00 Yatmaq
11.30 Yumurta sarısı +kərə yağ
13.00 Şorba(tərəvəz püresi)
14.00 Yatamaq
16.45 Meyvə püresi+peçenyə
17.00 Yatmaq
18.00 Qatıq
20.00 Kaşa
20.15 Yatamq
Arada boş qalan zamanlarda oynayırıq. Ya da xadunkada gəzir.
Qızımın etdikləri:
Mən dodaqlarımı açıb bağlayıb səs çıxardıqca o da məni yamsılayır.
Mahnı çalındıqda qabağa geri hərəkət edir.Bu onun oynamaq şəklidi.Babası skype da mahnı çalan kimi oynamağa başlayır.
Babababa,mamamama,nənənənə,dadadada,didididi,qaqaqaqa kimi səslər çıxarır.
Yanımızda oyuranda yaxamızdan,qolumuzdan tutub qalxmaq istiyir.
Qətiyyən tək qalmaq istəmir.Gərək yanında kimsə olsun.
Xadunkada gəzməyi bir həftəyə öyrəndi.Gündə 1-2 saat oturur xadunkada.





12 Kasım 2013 Salı


Qızımın 7ayı....

Qızım 7 ayını da tamamladı. Onunla  keçən hər dəqiqə çox maraqlıdı. Yatanda  belə darıxıram. ALLAH onun nəfəsini,qoxusunu mənə çox görməsin. Bu gün nettən bir cümlə oxudum."uşağınızla keçirdiyiniz hər dəqiqəni dolu_dolu yaşayın,çünki bu günlər bir də yaşanmayacaq..."həqiqətəndə elədir.Qızım sürətlə böyüyəcək və mən onun hər yeni inkişafını,her yeni kəşfini dolu_dolu yaşamaq istəyirəm. Bu ay qızımın yeməyində,yatmağında  elə bir dəyişiklik yoxdu. Sadəcə yəməyinə toyuq   suyu,yumurta,kaşalar əlavə etmişəm.yatmağında da ki səhər oyandıqda daha 11ə qədər yatmır.Daha çox oynamaq istəyir. Oturur,oturanda dala_qabağa hərəkət edir.tanımadığı adamlara reaksiya verir,ağlayır . oyuncaqlarından bezir,yeni şeylər istəyir. şirin _şirin səslər çıxarır,dilini çıxarıb tüpürür və bir çox belə şirinliklər edir.Çox şirin yaa....

24 Ekim 2013 Perşembe

             Babamın əlləri yerdən belə rahatdı...
Qızımın xəstəliyi...


Qızım yaxşı bir şey olmasa da xəstəliyin nə olduğunu gördü. Qurban bayramını keçirdikdən sonra Damlanın istiliyi qalxdı,çox narahat oldum,istiliyi ilk öncə çox yüksək olmasa da sonradan yüksəldi,3gün davam etdikdən sonra Allaha çox şükür sağaldı.O sağaldıqdan sonra sanki həyata yenidən doğdum,3gün çox sıxıntılı günlər keçirdik,bu günlərədən sonuncusu atasının ad gününə təsadüf etdi,Amma xəstə olmasına baxmayaraq qızım özünü yaxşı apardı sadəcə gecə qonaqlar getdikdən sonra oyandı və 11də yatdı.Nəysə ki bu günlər də keçdi.Həmin günlərdə qızımı həkimə yoxlamağa apardıq,həm də aylıq yoxlamasının zamanıydı.Çox şükür boğazında olan kiçik qızartıdan başqa bir şey çıxmadı,qan analizi falan hamısı normal çıxdı.Qızımın çəkisi 8kq,boyu 67sm,həkimi normal olduğunu dedi.Bu ay qızım əlavə qıdaya tamamilə keçdi,İlk öncə qatıq,kartof püresiylə başlayan macəramız,xəstələnənədək belə oldu.

08:00  Davam südü 150ml
11:00  Südlü,balqabaqlı(hazır satılan "Heinz" sıyığı) sıyıq
14:00  Şorba(1kartof+0.5 kök+şüyüt+gül kələmi+kəsmik(özüm hazırladığım)
17:00  Meyve püresi(banan,qırmızı alma+qatıq)
20:00  Davam südü(60ml)+5ədəd peçenyə("heinz"in bananlı,almalı peçenyesi),100ml davam südü
00:00  Davam südü 150ml
Bu arada qızımın yuxuları da normaldı,artıq yanında uzanmaqla sakitcə yatır,əlbəttə xəstəlik vaxtını və bəzi narahat günləri saymasaq.Günorta yuxuları da bəzən normal bəzənsə çoooooooooooooooooox anormal olur.Günorta yuxusunu yaxşı yatanda bütün günümüz normal keçir.Damlanın yatma saatları belədir:
07:30 Oyanır
08:30 Yatır
09:15 Oyanır
11:15 Yatır
11:45 Oyanır
14:30 Yatır
16:30 Oyanır(hər zaman yox)
21:00 Yatır
Qalan zamanımızı oynamaqla,dincəlməklə keçiririk.Oynamaqdan anladığı da oyuncaqlaı əlində sallamaq,qışqırmaq,qəribə səslər çıxarmaqdı. Amma yenə də qızımla hər şey çox gözəldi. Beləliklə qızımın 6ayındakı günlük proqramını da sizlərlə bölüşdüm...Yaxşı ki o həyatımdadı....

3 Ekim 2013 Perşembe

                       Ağıllı qızım sevimli oyuncağına doğru tələssə də hələ ki heç bir nəticə əldə etməyib :) 

2 Ekim 2013 Çarşamba

Ah bu qəhqəhələr...Qızım getdikcə bizi özünə daha çox heyran edir...
Daha o yatanda onun üçün çox darıxıram...

30 Eylül 2013 Pazartesi

22 Eylül 2013 Pazar

Corab çox dadlıdı....
  


Ayağından zorla çıxardığı çorabını o saat ağzına aparan qızım...
Yalançı öskürmələr,"bə,büvə"lər...


Bəliiiiiiii, qızım artıq böyüdüyünü hər şəkildə bizə izah etməyə başladı. İlk başlarda ancaq öskürüdü, sonralar mən ona hər "öhhö" etdiyində "can" deməyə başladım, və bu oyun halını almağa başladı, o, "öhhö" deyir, biz "can". Əgər onunla maraqlanmırıqsa öskürərək diqqət çəkir, çox şirindi eeeeee. Bu yaxınlarda atası yatırdı, o da atasına baxaraq "öhhö" eiyirdi.Çok ağıllı qızdı. Amma baldızımın tövsiyəsiylə  "can" deməyi buraxdıq, sonra adət halını alar dedi. İndi arada sırada edir ... İndilərdə ən çox etdiyi şey qışqırıqlar atmaq, və "bə, bə, büvə, büvə "etməkdi, danışmağı bacarmağa çalışır yəqin, nə desəm diqqətlə dinləyir, ağızıyla təkrar etməyə çalışır. Belə şirin və ağıllı bir qızım olduğu üçün çox şanslıyam. Allah istəyən hamıya versin .... Baxın da  bu şirinliyə ...

7 Eylül 2013 Cumartesi

         İnadçı qızım ...

3 gündür anamgildəydik. Çox əla günlər keçirdik, Damlanı o qədər çox sevirlər ki.onlarla çox gözəl idi e. Mən də günortaya tez yatsın da anamla söhbət edim deyə günortandan əvvəlki yuxularında beşiyində yelləyərək yatırdım(çox səhv etdim əlbəttə). Bu gün evdə yatmaq çox çətin oldu. Tam 1 saat öz-özünə yatsın deyə gözlədim amma yatmadı, ağladı almadım, yanında yatdım yatmadı yenə ağladı . Ona "ananı bilirsən, çox inadçıdı, öz-özünə yatacaqsan" dedim amma o məndən inadçı çıxdı, yatmadı və ağlayırdı, sızlayırdı mən də qıya bilmədim gözəlimə. Götürüb beşiyində yırğaladım, dərhal yatdı şirinim, yəni o qazandı :)

3 Eylül 2013 Salı

Qızım  5ci ayında...

Balaca qızım 5. ayını doldurmaq üzrədi , onunla hər şey çox güzədi. Günlerimiz dolu - dolu keçir. Amma qızıma baxanda sanki doğulduğundan bu yana həmişə belə idi , hər anını o qədər dolu yaşayıram ki , sanki o həmişə hayatımdaydı. Canım qızım onsuz günlərim nə qədər də " cansız " imiş . Bu ayın əvvəlində körpəmin çəkisi 7 kq, boyu 63 sm. Həkimi çox normal olduğunu söylədi , biz də  buna çox sevinirik. Sadəcə qızımın əmgəyi böyükdü bir az, tək problemimiz budu , keçən ay qanı aşağıydı , amma bu ay çox şükür düzəlib . İndi qızımın gündəlik həyatını və inkişafını sizinlə paylaşmaq istəyirəm. Qızım bu ay səhər 8 də qalxaraq günə başlayır. Südünü yeyir, mütləq kaka edir ( kakasını hər zaman bəslənərkən edir ) , təmizlədikdən sonra 15 dəqiqə filan oynayıb, yenidən 08.30-08.45 kimi yatır, təbii ki əmziklə.Yatma saatından asılı olaraq 1 saat 15 dəqiqə sonra yenidən qalxır , saat 11 -ə qədər öz - özünə ya da nənəsiylə oynayır. Bu vaxt mən də ortalığı toplayıram . Saat 11 də bəslənib yenidən 30 dəqiqə yatır. Saat 2 -ə qədər bir az oynayıb bir az mızmızlanır , yarım saatlıq yuxu tam olmadığı üçün yuxusu yarım olduğu üçün mızmızlanır . Bu vaxt ona kəsmik yedirirəm . Saat 2 də bəsləyib , yuyundurub, 02.30 da günorta yuxusuna yatır , bəzən 4 də bəzən 4.30 da oyanır . Saat 5 də yenidən bəslənib , 6 ya qədər hazırlanıb 6 da gəzməyə çıxırıq , saat 08.30 da geri dönüb, bəslənib pijamalarımızı geyib yatmağa hazırlaşırıq və 9 ən gec 9.30 da yatmış oluruq əlbəttə hər şey yolundaysa , məsələn bu gün 10 da yatdı həm də çətinliklə, qızım öz - özünə əmziklə öz-özünə yatır , çox şükür . Saat 12 də yuxuda südünü verirəm və günümüz bitir təbii ki.
Bəslənməsi : Körpəm gündə 6 dəfə südlə bəslənir.10 gün əvvəl əlavə olaraq alma suyu vermək istədim amma kakası yumşaldı sanki mən də kəsdim , onsuz da 6 ayından əvvəl başlamaq istəmirdim amma nənəsi çox israr edincə sınayaq dedim amma olmadı. İndi 3 gündür kəsmiyə çox az şəkər qatıb verirəm, 0.5 çay qaşığı , onu yeyir.
Yatması : Gün içində gündüzləri 4-4.5 saat , gecələri 10-11 saat yatır.gecələr bəslənmə yoxdur, amma ara-sıra oyanır, mızıldanıp ıkınıp - ıkınıp yenidən yatır. Ona Kim West üsuluyla yatmağı öyrətdim , indi çox şükür yaxşıdı. Öz- özünə bəzən də laylay oxuyaraq yatır. Bunda yuxu mələyi Seride Karataşın yazılarının köməyi çox oldu.
Etdikləri : Qızım ayaqlarını bütün gün havada tutur , əlləriylə ayaqlarını möhkəm - möhkəm tutur , tutammıyanda yaman əsəbləşir. Əllərini əmir , yemək yeyərkən belə ağzına soxmağa çalışır , yemək yeyərkən butulkasını əliylə tutur, təbii ki hələ sərbəst yeməsinə icazə vermirəm , amma əlləriylə tutur möhkəm-möhkəm. Yatanda üstündəki örtüsünü əliylə tutur , bəzən burnuna sürtərək yatır. Səslər çıxarır , qışqırıqlar atır , günorta bir qışqırır ki yer- göy inləyir , canım qızım. üzü üstündə dayanmağı heç sevmir. 5 gündür filan yan tərəflərə dönməyə çalışır amma hələ qıçlarını döndərəmmir .
Zehni inkişafı: Məni və atasını çox yaxşı tanıyır, bizi görüncə sevinərək gülümsəyir. Onu bir neçə gündür " Totu " deyə çağırırıq , dərhal baxır və gülümsəyir , təbii ki adını da bilir. Paltarını başından keçirəndə burnunu qısıb,ağzını açıb gözlərini tez - tez açıb - yumur. Mahnıya qulaq asmağı çox sevir, musiqi səsiylə rahatlaşır. Səsin gəldiyi istiqaməti çox yaxşı bilir, dərhal amma dərhal başını o tərəfə çevirir , hətta səssizlik olunca üzümə baxanda udqunduğumda da dərhal boğazıma baxır, o qədər yəni, maşallah.Dik dayanmağı çox xoşlayır, , qucağa alınınca dərhal ayağını yerə basır. Oturmağı da sevir amma oturmadan ayağa qalxdığına görə demək onu daha çox sevir. Əmziyi ağzındaykən səslər çıxarır.  Zınqırov səsiylə sakitləşir , əlinə verilən hər şeyi ağzına soxur , əmməyi bacara bilmədiyi da çox əsəbiləşir və qışqırır, çox şirindi eeeeeeeeee...Bütün istəyənlərə nəsib olsun inşallah...

28 Ağustos 2013 Çarşamba

Qızım...


Qızım, canımmmm Aşirova Damla.10 aprel 2013-ci il təvəllüdlü. İndi 4.5 aylıq, kilosu 7 kq, boyu 63 sm. Çox dinc və şirin bir körpə. Yeni doğulduğu zamandan çox sakit və ağıllı bir körpədir, maşallah. Onun ağıllı, intizamlı, nizamlı bir körpə olması üçün əlimdən gələni edirəm, ta doğulduğu gündən. Onu 1ay yalnız ana südüylə bəsləyə bildim.Sonraları suni südlə davam etdim, indi isə gündə 1 dəfə səhərlər ana südü yeyir. Ana südünü artırmaq üçün əlimdən nə gəlirsə, nə eşitdimsə etdim. 1 ay anamgildə qaldığım və daim yatıb istirahət etdiyim üçün südüm yaxşı oldu. Lakin evimə qayıtdıqdan sonra daha çox istirahət edə bilmədim və get-gedə azaldı südüm. Doğulduğu gündən etibarən gecələri onu heç emizdirmədim, ən son südünü 12də əmib, səhər 6da onu zorla oyandırıb da yedirirdim, qızım yuxulu halda əsla əmməzdi, ilk 3 gecə saat 3-də filan oyandı, amma sonra yenidən yatdı. Qaz sancıları da oldu təbii ki, amma bildiyim masajlar və üsullar sayəsində bunları sovuşdurduq, indi çox qazlı olduğu zamanlar olur, davamlı qaz çıxarır amma çox şükür ağlama böhranları keçirmir. İrəlidə qaz problemləri üçün etdiklərimi paylaşaram sizinlə. Hər gün paltarlarını dəyişdirib, hər kaka etdiyində yanını yuyub, ilk zamanlarda həftədə 2 dəfə, indi isə yay olduğu üçün hər gün yuyundurub, yuduqdan sonra körpə yağıyla masaj edib, 3 saatda bir qarınını doyurub, doyurduktan sonra qazını çıxarıb, yatırtmaq üçün əsla yırğalamayıb, çox artıq qucağıma almayıb və onun üçün etdiyim 1 çox şeylərlə onu rahatlattığımı düşünürəm. Bəzi analar saatla əmizdirmənin, saatla yatırtmaq, qucağına çox almamağın doğru olmadığını düşünsə də mən bele etdim, amma səhv amma doğru, indiki vəziyyətdən da çox razıyam. Mənim üçün maraqlıdı ağıllı analar görəsən siz nələr etdiniz? Sizin körpəniz necə biridir?

27 Ağustos 2013 Salı

Buralarda təzəyəm...
   Salam əziz dostlarım. Mən Aynurə Aşirova 25 yaşındayam, 24 sentyabr 1988 ildə anadan olmuşam. 1.5 illik evliyəm və 4.5 aylıq bir qızım var, adı Damla. Bütün zamanımı onunla keçirirəm, evdar qadınıyam. Boş vaxtımda internetdə məlumat toplamaq üçün araşdırmalar aparıram. Qızıma daha yaxşı bir ana ola bilmək, onu doğru şəkildə böyütmək, tərbiyə etmək üçün həmişə araşdırmalar edirəm, yuxu nizamını necə düzəldə bilərəm deyə axtarışlar aparanda  bir blog tapdım, oxudum və mənim də niyə bir blogum olmasın dedim və bu blogu açdım. İndi qızımın həyatını, yaşadıqlarını, inkişafını burada sizlərlə paylaşacam və bütün anaları, hətta ana namizədlərini bura dəvət edirəm. Sualı olanlar, kömək istəyənlər buyurun yazın, soruşun,mən də bildiklərimi sizinlə paylaşım ..