Qızımın 7ayı....
Qızım 7 ayını da tamamladı. Onunla keçən hər dəqiqə çox maraqlıdı. Yatanda belə darıxıram. ALLAH onun nəfəsini,qoxusunu mənə çox görməsin. Bu gün nettən bir cümlə oxudum."uşağınızla keçirdiyiniz hər dəqiqəni dolu_dolu yaşayın,çünki bu günlər bir də yaşanmayacaq..."həqiqətəndə elədir.Qızım sürətlə böyüyəcək və mən onun hər yeni inkişafını,her yeni kəşfini dolu_dolu yaşamaq istəyirəm. Bu ay qızımın yeməyində,yatmağında elə bir dəyişiklik yoxdu. Sadəcə yəməyinə toyuq suyu,yumurta,kaşalar əlavə etmişəm.yatmağında da ki səhər oyandıqda daha 11ə qədər yatmır.Daha çox oynamaq istəyir. Oturur,oturanda dala_qabağa hərəkət edir.tanımadığı adamlara reaksiya verir,ağlayır . oyuncaqlarından bezir,yeni şeylər istəyir. şirin _şirin səslər çıxarır,dilini çıxarıb tüpürür və bir çox belə şirinliklər edir.Çox şirin yaa....