Qızım...
Qızım, canımmmm Aşirova Damla.10 aprel 2013-ci il təvəllüdlü. İndi 4.5 aylıq, kilosu 7 kq, boyu 63 sm. Çox dinc və şirin bir körpə. Yeni doğulduğu zamandan çox sakit və ağıllı bir körpədir, maşallah. Onun ağıllı, intizamlı, nizamlı bir körpə olması üçün əlimdən gələni edirəm, ta doğulduğu gündən. Onu 1ay yalnız ana südüylə bəsləyə bildim.Sonraları suni südlə davam etdim, indi isə gündə 1 dəfə səhərlər ana südü yeyir. Ana südünü artırmaq üçün əlimdən nə gəlirsə, nə eşitdimsə etdim. 1 ay anamgildə qaldığım və daim yatıb istirahət etdiyim üçün südüm yaxşı oldu. Lakin evimə qayıtdıqdan sonra daha çox istirahət edə bilmədim və get-gedə azaldı südüm. Doğulduğu gündən etibarən gecələri onu heç emizdirmədim, ən son südünü 12də əmib, səhər 6da onu zorla oyandırıb da yedirirdim, qızım yuxulu halda əsla əmməzdi, ilk 3 gecə saat 3-də filan oyandı, amma sonra yenidən yatdı. Qaz sancıları da oldu təbii ki, amma bildiyim masajlar və üsullar sayəsində bunları sovuşdurduq, indi çox qazlı olduğu zamanlar olur, davamlı qaz çıxarır amma çox şükür ağlama böhranları keçirmir. İrəlidə qaz problemləri üçün etdiklərimi paylaşaram sizinlə. Hər gün paltarlarını dəyişdirib, hər kaka etdiyində yanını yuyub, ilk zamanlarda həftədə 2 dəfə, indi isə yay olduğu üçün hər gün yuyundurub, yuduqdan sonra körpə yağıyla masaj edib, 3 saatda bir qarınını doyurub, doyurduktan sonra qazını çıxarıb, yatırtmaq üçün əsla yırğalamayıb, çox artıq qucağıma almayıb və onun üçün etdiyim 1 çox şeylərlə onu rahatlattığımı düşünürəm. Bəzi analar saatla əmizdirmənin, saatla yatırtmaq, qucağına çox almamağın doğru olmadığını düşünsə də mən bele etdim, amma səhv amma doğru, indiki vəziyyətdən da çox razıyam. Mənim üçün maraqlıdı ağıllı analar görəsən siz nələr etdiniz? Sizin körpəniz necə biridir?
28 Ağustos 2013 Çarşamba
27 Ağustos 2013 Salı
Buralarda təzəyəm...
Salam əziz dostlarım. Mən Aynurə Aşirova 25 yaşındayam, 24 sentyabr 1988 ildə anadan olmuşam. 1.5 illik evliyəm və 4.5 aylıq bir qızım var, adı Damla. Bütün zamanımı onunla keçirirəm, evdar qadınıyam. Boş vaxtımda internetdə məlumat toplamaq üçün araşdırmalar aparıram. Qızıma daha yaxşı bir ana ola bilmək, onu doğru şəkildə böyütmək, tərbiyə etmək üçün həmişə araşdırmalar edirəm, yuxu nizamını necə düzəldə bilərəm deyə axtarışlar aparanda bir blog tapdım, oxudum və mənim də niyə bir blogum olmasın dedim və bu blogu açdım. İndi qızımın həyatını, yaşadıqlarını, inkişafını burada sizlərlə paylaşacam və bütün anaları, hətta ana namizədlərini bura dəvət edirəm. Sualı olanlar, kömək istəyənlər buyurun yazın, soruşun,mən də bildiklərimi sizinlə paylaşım ..

Kaydol:
Yorumlar (Atom)